2021-08-31
"Zirə" futbol klubunun məlumatı
“Zirə” Peşəkar Futbol Klubu ilə aparıalan müzakirələrə əsasən Klubun hazırkı vəziyyəti və potensial imkanları qiymətləndirilmiş və AFFA tərəfindən ötən mövsüm olduğu kimi 2021/2022-ci il mövsümü üçün də “Zirə” PFK-ya maddi dəstək göstərilməsi barədə qərar verilmişdir. Maddi dəstək klubun maliyyə dayaqlarının sabitliyinə kömək etmək məqsədi daşıyır. “Zirə” Peşəkar Futbol Klubu bir çox klublarımıza maddi yardım edən AFFA-nın bu qərarını sabitliyi təmin edəcək addım kimi qiymətləndirir.